logo

Futbol millimizin yeni baş məşqçisi yaxın günlərdə bəlli  olacaq

12:42 02-04-2024 | icon 1960
Futbol millimizin yeni baş məşqçisi yaxın günlərdə bəlli  olacaq

"Bir neçə məşqçi ilə danışıqlar aparılıb".

YeniAvropa xəbər verir ki, bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf Hesabat-Seçki Konfransından sonra təşkil olunan mətbuat konfransında deyib.

O, baş məşqçi seçiminin qısa müddət ərzində həll olunacağını bildirib: "Əslində məşqçi təyinatı rəsmiləşməliydi. Dediyim kimi, danışıqlar olub. Sadəcə, onların istəyi ilə adları açıqlaya bilmərik".