Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır
Rəqəmsal ekosistemin aparıcı qüvvələrindən biri, sürətli texnoloji inkişafın gələcək perspektivlərinə və çağırışlarına dair strateji baxışa malik “Azercell” 2023-cü ildə ölkənin lider mobil operatoru statusunu qoruyub saxlayıb. Hazırda şirkətin respublika üzrə coğrafi əhatə dairəsi 94,50 faiz, əhali üzrə əhatəsi isə 98,35 faizi təşkil edir.
2023-cü ildə də “Azercell” infrastrukturunu ölkə boyu genişləndirməyə və gücləndirməyə davam edib. Belə ki, Bakı, Abşeron və Sumqayıt ərazisində 207 stansiyada, bölgələrdə isə 833 stansiyada təkmilləşdirmə işləri aparılıb, bunlardan 100-ü Naxçıvanın payına düşüb. Təkmilləşdirmə işləri ilə yanaşı “Azercell” yeni baza stansiyaları quraraq xidmət şəbəkəsini daha da genişləndirib. 2023-cü ildə Bakı, Abşeron, Sumqayıt ərazisində 65, regionlarda isə 70 yeni stansiya fəaliyyətə başlayıb.
Abunəçilərin artan tələblərini qarşılamaq üçün həyata keçirilən şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi bütün ölkə üzrə 4G (LTE) şəbəkəsinin keyfiyyətinin yaxşılaşmasına və əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olub. 18 aylıq layihə çərçivəsində “Azercell”in Azərbaycan ərazisində 300-dən çox yeni baza stansiyası yerləşdirilib və təxminən 1600 mövcud baza stansiya təkmilləşdirilib.
Nəticədə “Azercell”in ümumi LTE stansiyalarının sayı 3400-ü ötüb. Beləliklə, 4G-nin son bir ildə əhatə dairəsində 10 faiz, data trafik həcmində 48 faiz, internet sürətində isə 100 faiz artım müşahidə olunub. Modernləşdirmə layihəsi sayəsində Bakıda və Abşeron yarımadasında mobil operatorun şəbəkə tutumu 80 faiz, ölkənin digər regionlarında isə 75 faiz artıb.
Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi “Azercell”i mobil operatoru olaraq seçmiş 5 milyondan çox insanı daha sürətli məlumat ötürmə xidməti ilə təmin edib. Nəticə olaraq, “Azercell” abunəçiləri sosial şəbəkələr, “multiplayer” oyunlar, videokonfranslar və geniş çeşidli rəqəmsal həllər kimi multimedia xidmətlərindən daha rahat istifadə edə bilirlər.
İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu və dördüncü nəsil LTE (4G) radio baza stansiyalarını quran “Azercell”in hazırda Qarabağda bu texnologiya əsaslı 153 baza stansiyası fəaliyyət göstərir. Şirkət 2023-cü ildə, həmçinin Ağdərə, Xocalı və Xankəndi şəhərlərini də şəbəkəsinə əlavə edib, bu ərazilərə qayıdacaq əhalinin qabaqcıl kommunikasiya xidmətləri ilə təmin olunması istiqamətdə işlərini davam etdirib.
“Yaşıl” texnologiyaların tətbiqinə başlayan mobil operator Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb. Qeyd edək ki, yaşıl baza stansiyaların enerji tələbatının 60 faizini günəş enerjisi hesabına qarşılanır. ESG (ətraf mühit, sosial və idarəetmə) gündəliyi çərçivəsində “Azercell” yaxın illərdə ölkə daxilində yaşıl stansiyaların sayını artırmağı planlaşdırır.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır