logo

Bakıda tozlu hava şəraiti müşahidə olunur

09:49 02-04-2024 | icon 1232
Bakıda tozlu hava şəraiti müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün gecə saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

YeniAvropa xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib. Bildirib ki, hazırda havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır.

“Peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”, - deyə baş mühəndis vurğulayıb.