logo

Sentyabrda Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək

18:48 01-04-2024 | icon 952
Sentyabrda Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək

Bu ilin sentyabr ayında Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək.

YeniAvropa xəbər verir ki, foruma hazırlıq məsələləri bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovunə Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Nuran Abdullayev, Alyansın İdarə Heyətinin üzvü, Alman Azərbaycan Mədəniyyət Evinin həmtəsisçisi, Köln Azərbaycan Evinin rəhbəri Ağa Ağayev və Almaniyadakı Azərbaycanlı Həkimlərin Forumunun sədri, Almaniyada yaşayan həkim soydaşımız, “Helios Klinikum Siegburg”da daxili xəstəliklər və ağciyər xəstəlikləri üzrə aparıcı mütəxəssis, şöbə müdiri Elvin Hüseynov ilə görüşündə müzalirə edilib. 

Görüş zamanı həmçinin Alyansın gələcək fəaliyyəti, diaspor sahəsində görüləcək işlər, Almaniyada azərbaycanlıların təşkilatlanması kimi mühüm məsələlər barədə fikir mübadiləsi aparılıb.

Soydaşlarımız diasporumuzun fəallığının artırılması, təşkilatlanması və ölkəmizin xaricdə layiqincə təmsil olunması üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər. Almaniyanın tibb ocaqlarında çalışan azərbaycanlı elm adamlarının, həkimlərin və yeni çalışmağa başlayan gənc həmkarların şəbəkələşməsi, bilik və təcrübə mübadiləsi baxımından Forumun uğurlu nəticələr əldə etdiyini vurğulayıblar.

Yeni təsis edilmiş Azərbaycanlı Həkimlər Forumu təşkilatının artıq qeydiyyatdan keçdiyi və fəaliyyətə başlaması haqqında məlumat veriblər.