logo

ABŞ nümayəndə heyəti  Ermənistana gəlib

16:16 01-04-2024 | icon 2926
ABŞ nümayəndə heyəti  Ermənistana gəlib

ABŞ-dən olan bir qrup mobil təlimatçı Ermənistan hərbçiləri ilə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün Ermənistana gəlib.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, səfər Ermənistan-ABŞ müdafiə əməkdaşlığı çərçivəsində planlaşdırılıb: “Amerikalılar aprelin 1-dən 5-dək Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin və “Zinuj Media” dövlət qurumunun əməkdaşları ilə Müdafiə Nazirliyinin inzibati kompleksində təlim prosesi keçirəcəklər”.