logo

Qida təhlükəsizliyi sahələrində Azərbaycan-Rumıniya memorandumu imzalanıb

12:32 01-04-2024 | icon 1204
Qida təhlükəsizliyi sahələrində Azərbaycan-Rumıniya memorandumu imzalanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja Azərbaycanla Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının Protokolunu imzalayıblar.

YeniAvropa xəbər verir ki, iclas çərçivəsində həmçinin Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin sədri-dövlət katibi Aleksandru Nikolae Boçu tərəfindən baytarlıq və qida təhlükəsizliyi sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.