Bakıda Azərbaycan-Rumıniya Birgə Komissiyanın iclası keçirilib
Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclası keçirilib.
YeniAvropa xəbər verir ki, iclasda iştirak etmək üçün Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Sebastyan-İoan Burdujanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə S.İ.Burdujanın təkbətək görüşündə ötən dövrdə ikitərəfli əməkdaşlığın inkişafı sahəsində görülmüş işlərə və Komissiyanın 8-ci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda S.Babayev Azərbaycan və Rumıniyanın diplomatik münasibətlərinin qurulmasından ötən dövr ərzində iki ölkənin əlaqələrinin daim genişlənməkdə olduğunu bildirib.
2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin və 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, ümumən ötən dövrdə imzalanmış 60-dan çox əməkdaşlıq sənədinin ölkələrimiz arasında əlaqələrin inkişafına imkan yaratdığı, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub.
Azərbaycan və Rumıniyanın iqtisadi əlaqələrində inkişaf dinamikasının davamı olaraq, iki ölkə arasında ticarət dövriyyəsinin yüksələn xətlə davam etdiyi və ötən il də 29,3 faiz artdığı qeyd edilib.
S.İ.Burduja ölkəsinin Azərbaycanla dost münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrinin daim genişlənməsinə xüsusi önəm verdiklərini, hazırkı iclasın da bu istiqamətdə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
İclasda enerji, nəqliyyat, investisiya, kənd təsərrüfatı, sosial, təhsil, humanitar, infrastruktur, inşaat və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır