logo

AFFA rəsmisi Avropa çempionatının seçmə oyununa təyinat alıb

10:30 01-04-2024 | icon 896
AFFA rəsmisi Avropa çempionatının seçmə oyununa təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində C liqasının 5-ci qrupunun Lüksemburq – Albaniya oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, aprelin 5-də Lüksemburqun Eş-sur-Alzet şəhərindəki "Emile Mayrisch" stadionunda keçiriləcək qarşılaşma saat 21:30-da başlayacaq.