logo

FIDE-nin yeni reytinqi cədvəlində Şəhriyar 27-ci,Teymur isə 28-cidir

09:49 01-04-2024 | icon 917
FIDE-nin yeni reytinqi cədvəlində Şəhriyar 27-ci,Teymur isə 28-cidir

Beynəlxalq Şahmat Federasiyasının(FIDE) növbəti reytinq cədvəli açıqlanıb.

YeniAvropa  FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki pillə irəliləyərək 2733 xalla XXVII sıraya qalxıb.

Teymur Rəcəbov 2723 xalla üç mövqe geriləyib və XXVIII yerdə qərarlaşıb.

Rauf Məmmədov 2651 xalla 85-ci yerdə qalıb. Nicat Abasov isə ilk “100-lüy”ə düşə bilməyib.

Qadın şahmatçılardan isə Günay Məmmədzadə 2436 xalla 34-cü, Gövhər Beydullayeva 2402 xalla 46-cı, Ülviyyə Fətəliyeva 2377 xalla 72-ci, Xanım Balacayeva 2371 xalla 77-ci, Gülnar Məmmədova 2352 xalla 99-cu pillədə yer alıb.

Qeyd edək ki, siyahıya 2830 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Qadınlarda isə çinli Yifan Hou 2632 xalla birinci pillədə qərarlaşıb.