logo

“Meta” şirkətində təxminən 20 nəfər azərbaycanlı çalışır

16:16 29-03-2024 | icon 1064
“Meta” şirkətində təxminən 20 nəfər azərbaycanlı çalışır

“Meta” şirkətindəki xaricilər Bakını çox yaxşı tanıyırlar. Alov qülləsini, onun fonundakı Bakı qalasını tanıyırlar, bu görüntünü çox sevirlər”.

YeniAvropa xəbər verir ki, bunu  “Meta” şirkətində çalışan azərbaycanlı Aygün Zərbəliyeva deyib.

O bildirib ki, “Meta” şirkətində dünya üzrə təxminən 20 nəfər azərbaycanlı çalışır: “London ofisində hazırda səhv etmirəmsə 4-5 azərbaycanlı var. Bizim çox gözəl münasibətimiz var. Biz çoxumuz Azərbaycandan bir-birimizi tanıyırıq. Xaricilər bizim ölkənin adını eşidəndə yeməklərlə maraqlanırlar. Son illərdə Azərbaycanla bağlı çoxlu maraqlı verilişlər var, yutub da kanallar var və bizim mətbəximiz çox gözəl nümayiş olunur. Həmin yerlərə turlar götürmək haqqında soruşurlar. Məsələn, Azərbaycanın şimal bölgəsinə. Sadəcə söz xətrinə yox, həqiqətən də ölkənin mədəniyyətini bilirlər, xoş yanaşırlar”.