logo

Cəlilabadda sabiq məktəb direktorunun məktəməsi başlayır

15:55 29-03-2024 | icon 1071
Cəlilabadda sabiq məktəb direktorunun məktəməsi başlayır

Cəlilabad rayon Sarxanlı kənd orta məktəbinin sabiq direktoru Camal Bəşirovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Cəlilabad rayon Prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, toplanmış sübutlarla Camal Bəşirovun qeyd olunan vəzifədə işlədiyi dövrdə faktiki işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 45 min manatdan artıq büdcə vəsaitini mənimsəmə və israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Camal Bəşirova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.