logo

Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb

12:52 29-03-2024 | icon 1568
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb

2023-cü ildə Azərbaycandan xarici ölkələrə yatırılan birbaşa investisiyaların məbləği 3,1 milyard ABŞ dolları təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib.

"Azərbaycandan birbaşa investisiyaların məbləğinə görə ilk üçlükdə Türkiyə (1,8 milyard ABŞ dolları), ABŞ (311 milyon ABŞ dolları) və Böyük Britaniya (157 milyon ABŞ dolları) qərarlaşıb", - deyə o qeyd edib.