logo

Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb

09:58 29-03-2024 | icon 1925
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb

Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilməkdədir.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya” informasiya portalına müsahibəsində bildirib.

“İndi üstəlik, Norveç, Kanada və ABŞ-dan olan hərbçilər oraya göndərilir və Avropa İttifaqının missiyası getdikcə Şimali Atlantika Alyansının missiyasına çevrilir”, – deyə o qeyd edib.

XİN rəhbəri vurğulayıb ki, Ermənistandakı vəziyyət nikbinlik yaratmır. Ölkə rəhbərliyi uydurma bəhanələrlə işi Rusiya ilə münasibətlərin pozulmasına aparır.

“Ermənistan rəhbərliyi, açıq desək, uydurma bəhanələrlə, son üç ilin, üç il yarımlıq tarixini təhrif edərək işi bilərəkdən Rusiya ilə münasibətlərin pozulmasına, 102-ci hərbi bazada xidmət edən hərbçilərimizin, sərhədçilərimizin fəaliyyətinin gözdən salınmasına, bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gözdən salınmasına aparır”, - deyə Lavrov bildirib.