logo

Daha 35 ailə Füzuliyə yola salınıb

09:09 29-03-2024 | icon 1799
Daha 35 ailə Füzuliyə yola salınıb

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

YeniAvropa xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 666 ailənin, yəni 2517 nəfərin daimi məskunlaşması təmin edilib.