logo

“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır

13:53 28-03-2024 | icon 1183
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır

Aprelin 3-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə təkrar açıq hərraclar keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 525 min manat olan 252,6 kv.metrlik, dəyəri 505 min manat olan 251,8 kv.metrlik, dəyəri 542 min manat olan 2 ədəd 270,9 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir. Beləliklə, hərraca çıxarılacaq əmlakların ümumi dəyəri 2,114 milyon manat təşkil edir.