logo

Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır

11:44 28-03-2024 | icon 1484
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır

Ermənistan mühacirətdə olan hər hansı “Dağlıq Qarabağ hökumətini” tanımır.

YeniAvropa  “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında çıxışı zamanı səsləndirib.

O deyib ki, Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyini təhdid edən addımlar atırlar.

“Açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda yeganə hökumət var və həmin hökumət də bu salonda oturub. Xarici qüvvələrin müəyyən dairələrdən istifadə edərək Ermənistanın təhlükəsizliyinə təhdid yaratmamaları üçün uyğun tədbirlər görülməlidir”.

N.Paşinyanın sözlərinə görə, belə acıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdid edir.

Xatırladaq ki, Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyan Fransanın “Le Figaro” nəşrinə müsahibə verib. O deyib ki, “mühacirətdə olan Qarabağ hökuməti İrəvanda fəaliyyətini davam etdirir”.