Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
“PMD Projects” MMC ilə “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin (AISA) təşkilatçılığı ilə “Towards COP29” şüarı altında “Sustainable Construction Summit” adlı tədbir keçiriləcək.
AISA-dan AZƏRTAC-a bildirilib ki, may ayının 15-də “Flame Towers, Fairmont Baku Hotel”də keçiriləcək tədbirdə tikinti sahəsi üzrə tənzimləyici qurumların, ölkədə fəaliyyət göstərən 150-dən çox ən qabaqcıl tikinti şirkətlərinin, tikinti sektoru üçün subpodratçıların, innovativ həllər təklif edən şirkətlərin və onların 300-dən çox nümayəndəsinin iştirakı gözlənilir.
Tədbirin təşkilat komitəsindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi fonunda təşkil olunacaq tədbirdə dayanıqlı tikinti həlləri, müasir və innovativ tikinti üsulları, tikinti təhlükəsizliyi, ağıllı tikinti sistemləri kimi mövzular üzrə müzakirələr aparılacaq.
“PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşevin dayanıqlı tikinti ilə bağlı tədbirin vizyonu istiqamətində təqdimatı ilə başlayacaq tədbirdə “Construct the Future”, “Building Smart” adlı davos tipli panellərdə müzakirələr aparılacaq.
Tədbir haqqında ətraflı məlumatı Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının www.aisa.az rəsmi veb-saytı və sosial media hesablarından əldə etmək mümkündür.
Facebook: https://www.facebook.com/profile.php?id=100091964569129
Instagram: https://www.instagram.com/aisa.org.az/
LinkedIn: https://www.linkedin.com/company/94141362/admin/feed/posts/ .
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır