Yaxın aylarda 50 ailədən ibarət ilk köç Xocalıya yola salınacaq
Hazırda Xocalıda 500-ə yaxın evdə təmir-tikinti və abadlıq işləri həyata keçirilir. Yollar çəkilir, su və qaz xətləri qaydaya salınır, kommunal xətlərin çəkilişi aparılır. Bu il mayın axırları - iyunun əvvəllərində 50 ailədən ibarət ilk köçün şəhərə yola salınması gözlənilir. Bundan sonra köçürülmə prosesi davamlı olaraq həyata keçiriləcək.
YeniAvropa xəbər verir ki, bunu Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə müsahibəsində deyib.
İcra başçısı daha sonra bildirib: “Xocalı rayonunun 17 min, şəhərin isə 8 min 400 nəfər əhalisi var və onlar ölkəmizin 50-dən artıq rayonunda məskunlaşıblar. Sakinlərin məcburi köçkün kimi daha çox məskunlaşması Bakının rayonlarında, Goranboy və Gəncədədir. Son vaxtlar Xocalıya gedən yerli sakinlərin hansı hisslər keçirdiyi və oradan hansı təəssüratla qayıtdıqlarının şahidiyik. Onları başa düşmək çətin deyil, çünki həmin ərazidə qardaş-bacısı, ailə üzvləri qətlə yetirilən, özünə, yaxın adamlarına dəhşətli işgəncələr verilən sakinlər var. Misal olaraq Yaşar Əlməmmədovu göstərə bilərəm. O, Xocalı faciəsində çox böyük məhrumiyyətlərlə üzləşən sakinlərdən biridir. Özü əsirlik həyatı yaşayıb. Orada iki qardaşını itirib. 23 yaşında təhsilini qiyabi şöbəyə çevirib özünümüdafiə batalyonuna üzv yazılan bir qardaşı soyqırımı gecəsində şəhid olmuşdu və onu Ağdamda dəfn ediblər, lakin hələ də onun məzarını tapa bilmirlər. 30 yaşında digər bir qardaşı isə itkindir, Yaşar Əlməmmədovun gözləri hələ də yoldadır. O, Xocalıya gedib qayıdandan sonra iki aya yaxın müalicə alıb. Yəni bu dərəcədə çətin bir prosesdir. Şəhər əhalisi arasında belə dəhşətli faciələrlə üzləşən çoxlu sakinlər var. Ona görə də yerli sakinlərin oraya dönüşü psixoloji müalicə prosesləri ilə yanaşı aparılmalıdır”.
Xocalıda aşkar edilən kütləvi məzarlıqlar barədə məlumat verən icra başçısı deyib: “Xocalıda hələlik iki kütləvi məzarlıq aşkar edilib. Birinci məzarlıqdan 8 insan cəsədi aşkar edilib və araşdırma aparılıb. İkinci kütləvi məzarlıqda 19 insan cəsədi aşkarlanıb, onlardan 9 cəsədin DNK analizinin cavabı məlumdur. Bu gün onlardan biri - Mahmudov Akif Seydulla oğlunu Ceyranbatan qəbiristanlığında dəfn etdik. Qalan cəsədlərdən 7-ni Xocalıda dəfn etməyi nəzərdə tutmuşuq. Xocalıda yeni qəbiristanlıq salınması planlaşdırılır və çox güman ki, qalıqları aşkar edilənlər orada torpağa tapşırılacaq”.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır