logo

“Crocus City Hall”dakı terror aktında ölənlərin 84-nün cəsədi tanınıb

15:55 27-03-2024 | icon 1253
“Crocus City Hall”dakı terror aktında ölənlərin 84-nün cəsədi tanınıb

“Crocus City Hall”da terror aktı nəticəsində 84 nəfərin cəsədinin kimliyi müəyyən olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Federasiyasının (RF) İstintaq Komitəsi məlumat yayıb.

“Hazırda ölənlərin 84-nün, o cümlədən yaşı 9-16 olan beş nəfərin meyitinin kimliyi müəyyənləşdirilib. Faciənin digər qurbanlarının şəxsiyyətlərini müəyyənləşdirmək üçün molekulyar-genetik müayinələr aparılır”, - deyə məlumatda bildirilir.

İndiyədək İstintaq Komitəsinə terror aktı nəticəsində doğmalarının və ya yaxınlarının itkin düşməsi ilə bağlı zərərçəkənlərdən 143 ərizə daxil olub.