logo

Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək

14:31 27-03-2024 | icon 539
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək

Martın 29-da Moskvada Müstəqil Dövlətlər Birliyinin(MDB) İqtisadi Şurasının növbəti 101-ci iclası keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirilib.

İclasa MDB İqtisadi Şurasının sədri, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk sədrlik edəcək.

Nümayəndə heyətlərinin rəhbərləri iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə edəcəklər. Gündəliyə, xüsusən, kimya sənayesində əməkdaşlığın inkişafı, məhsul və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərə görə 2023-cü il MDB mükafatının verilməsi, qarşılıqlı ticarətdə maneələr, azad ticarət zonası və sair məsələlər üzrə danışıqların başlanmasının mümkünlüyü kimi məsələlər daxildir.

Tədbir iştirakçıları, həmçinin Regionlararası və Transsərhəd Əməkdaşlıq Şurasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparacaqlar.