logo

TürkiyəninAlmaniyadakı Baş konsullu  PKK hücumuna məruz qalıb

13:53 27-03-2024 | icon 1288
TürkiyəninAlmaniyadakı Baş konsullu  PKK hücumuna məruz qalıb

Türkiyənin Almaniyada yerləşən Baş konsulluğu PKK tərəfdarlarının hücumuna məruz qalıb.

YeniAvropa xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, martın 26-ı gecə saatlarında Türkiyənin Hannoverdəki Baş konsulluğunun giriş qapısına PKK təşkilatının tərəfdarları tərəfindən hücum edilib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Hücumdan sonra Almaniya rəsmiləri ilə əlaqə saxlanılaraq, alman hakimiyyətinin Türkiyə vətəndaşlarının və diplomatik nümayəndəliklərinin təhlükəsizliyinə cavabdeh olduğu xatırladılıb. “Küncə sıxışdırılmış PKK terror təşkilatının Avropadakı türk icmasını narahat etməyə yönəlmiş hərəkətlərinin artdığı görünür. Vətəndaşlarımızın sağlam düşüncəsi sayəsində bu təxribatlar daha böyük hadisələrə çevrilməyib. Aidiyyəti ölkələrdən gözləntimiz terror təşkilatı tərəfdarlarının fəaliyyətinə icazə verilməməsi və hücum edənlərin tez bir zamanda məsuliyyətə cəlb olunmasıdır”, - deyə bəyanatda qeyd edilib.