logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

10:20 27-03-2024 | icon 546
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 44 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.