logo

Yardımlı sakinindən 13 kq narkotika götürülüb

12:14 23-03-2024 | icon 847
Yardımlı sakinindən 13 kq narkotika götürülüb

Yardımlı rayon sakini 13 kiloqram narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, Yardımlı rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Tofik Vəliyev saxlanılıb. Onun həyətindəki yardımçı tikilidən 9 kiloqram heroin, 2 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 1 020 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

T.Vəliyevin həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və pul qarşılığında Bakı şəhərinə çatdırmağa razılaşdığı müəyyən edilib.

Araşdırmalar davam etdirilir.