logo

Azərbaycan XİN Moskvada baş verən silahlı hücumu pisləyib

23:43 22-03-2024 | icon 833
Azərbaycan XİN Moskvada baş verən silahlı hücumu pisləyib

Azərbaycanın Xarici İşlər Nazirliyi Moskvada “Crocus City Hall”da baş verən dəhşətli hücumu qətiyyətlə pisləyib.

YeniAvropa xəbər verir ki, bu barədə nazirliyinin X sosial şəbəkə hesabında paylaşım edilib.

Paylaşımda deyilir: Moskvada “Crocus City Hall”a edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiya Federasiyasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralıların tezliklə sağalmasını arzu edirik.

Terrorçuluqdan əziyyət çəkən ölkə kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir”.