Ceyhun Bayramov Belçikada Nüvə Enerjisi Sammitində çıxış edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində ilk dəfə keçirilən Nüvə Enerjisi Sammitində iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyindən YeniAvropa-ya bildirilib ki, çıxış zamanı, ölkəmizin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq məsələlərinə toxunulub, eləcə də tədbirin mövzusu üzrə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.
Çıxışda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Qlobal Dəyərləndirmə Hesabatında (Global Stocktake) nüvə enerjisinin "istixana qazı emissiyalarını azaltmaq üçün" üsullardan biri kimi əks olunmasının nüvədən təhlükəsiz istifadə istiqamətində göstərilən qlobal səylərin vacib nəticəsi olduğu qeyd edilib.
Bu istiqamətdə, AEBA nüvə enerjisinin ətraf mühitə təsirlərini öyrənməyə yönələn fəaliyyətin, o cümlədən “Atoms4Climate” kimi təşəbbüslərin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.
Nüvə texnologiyalarından istifadə sahəsində AEBA ilə texniki əməkdaşlığın perspektivlərinə toxunan nazir Ceyhun Bayramov, bu istiqamətdə tamamlanma mərhələsində olan AEBA ilə Texniki Əməkdaşlıq sahəsində Azərbaycan Respublikası üçün nəzərdə tutulan növbəti “Ölkə üzrə Çərçivə Proqramı” çərçivə sənədinin əhəmiyyətindən bəhs edib.
Azərbaycanın milli səviyyədə nüvə texnologiyalarından istifadə təcrübəsi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, AEBA ilə birgə ölkəmiz üçün ən vacib çağırışlardan biri olan mina təhdidi ilə mübarizə sahəsinə nüvə texnologiyasının tətbiqinin mümkünlüyünün tədqiq edilməsi üzərində çalışdığımızı diqqətə çatdırıb. Bu sahədə Azərbaycanın prioritetinin nüvə enerjisindən istifadə imkanlarının araşdırılması zamanı nüvə təhlükəsizliyinə xüsusi diqqət edilməsi olduğu vurğulanıb.
Ölkəmizin COP29-a sədrliyi çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində nüvə texnologiyalarından dinc məqsədlər üçün əlçatan istifadə naminə resursların cəlbinin təşviqi ilə yanaşı, nüvə təhlükəsizliyi amilini ön planda saxlayacağı diqqətə çatdırılıb.
AEBA-nın bu istiqamətlərdə göstərilən səylərə mümkün töhfəsinin əhəmiyyətli rol oynayacağına dair inam ifadə olunub.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır