logo

Azərbaycanlı hakim UEFA-dan növbəti təyinat alıb

13:13 21-03-2024 | icon 1645
Azərbaycanlı hakim UEFA-dan növbəti təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan-Macarıstan oyununda hakim-inspektoru vəzifəsini icra edəcək.

Qeyd edək ki, matç martın 26-da Bakı vaxtı ilə saat 18:00-da Almatıdakı “Almaty Ortalyk” stadionunda start götürəcək.