Azərbaycan Ordusunda Novruz bayramı qeyd edilib
Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, təşkil edilən tədbirlərdə Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, milli-mənəvi dəyərlərimizdən biri olan Novruz bayramının xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən söhbət açıblar.
Qeyd olunub ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndi şəhərində Zəfər meydanından Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etməsi bütün xalqımız kimi, Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub.
İşğaldan azad edilmiş, eləcə də digər ərazilərdə dislokasiya olunmuş hərbi hissələrdə milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətin döyüş ruhunun və vətənpərvərlik hissinin daha da artırılması məqsədilə keçirilən tədbirlərdə dövlətimizin başçısının və müdafiə nazirinin təbrikləri şəxsi heyətə çatdırılıb.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi hissələrdə bayram tədbirləri hərbi qulluqçularımızın sağlamlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının qarşısını alınması məqsədilə qapalı şəraitdə keçirilib.
Tədbirlər çərçivəsində, həmçinin şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.
Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, onların ailə və yaxınlarının yüksək diqqət və qayğı ilə əhatə olunduğu xüsusi vurğulanıb.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır