logo

Azərbaycan Avronest PA-nın komitəsinə sədrlik edir

15:22 20-03-2024 | icon 1008
Azərbaycan Avronest PA-nın komitəsinə sədrlik edir

Belçika Krallığının Brüssel şəhərində Avronest Parlament Assambleyasının (PA) 11-ci sessiyası keçirilir. Sessiya çərçivəsində komitələrin məruzələri dinlənilib, yeni komitə sədrləri seçilib və növbəti məruzələrin mövzuları müəyyən edilib.

YeniAvropa xəbər verir ki, ölkəmizi Avronest PA-nın sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Soltan Məmmədov, Vüqar Bayramov, İltizam Yusifov, Razi Nurullayev və Nurlan Həsənov təmsil edirlər.

Qurumun Sosial məsələlər, İşsizlik, Təhsil, Mədəniyyət və Vətəndaş cəmiyyəti komitəsinin iclasında sədrlik növbəti 1 il müddətinə Azərbaycana keçib və Tahir Mirkişili komitə sədri seçilib. İclasda Soltan Məmmədov və Nurlan Həsənov Ermənistandan qovulan azərbaycanlıların hüquqlarının bərpası, işğaldan azad edilmiş ərazilərdə mina qurbanlarının sayının artması ilə bağlı çıxış ediblər. Növbəti məruzə üçün Azərbaycan və Ukrayna nümayəndə heyətinin birgə təqdim etdiyi “Ukraynada və digər Şərq Tərəfdaşlığı ölkələrində münaqişələrdən təsirlənən məcburi köçkünlərin və mina qurbanlarının sosial və peşəkar adaptasiyasının dəstəklənməsi” mövzusu səs çoxluğu ilə qəbul edilib.

Komitə iclasında sosial xidmətlərin rəqəmsallaşması mövzusunda müzakirələrdə üstün nümunə olaraq Azərbaycanın Əmək və Sosial Müdafiə Nazirliyinin DOST xidmət mərkəzinin təqdimatı da keçirilib.