logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

11:11 20-03-2024 | icon 833
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 31 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.