logo

Azərbaycana bahar gəlib

09:09 20-03-2024 | icon 2142
Azərbaycana bahar gəlib

 

Bu gün, martın 20-də ,  Bakı vaxtı ilə saat saat 07:06-da Azərbaycana bahar gəlib.

YeniAvropa xəbər verir  ki, bu haqda Azərbaycan Milli Elmlər Akademiyasının  Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Qeyd edilib baharın gəlişi zamanı gecə-gündüz bərabərləşir.

Belə ki, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib və yaz fəsli başlayıb. Bu fəslin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq. Şimal yarımkürəsində Yaz fəsli iyunun 21-nə qədər davam edəcək. 

Qeyd edək ki, XXI əsrdə yaz bərabərliyi günü 19 mart tarixinə 20 dəfə, 20 mart tarixinə 78 dəfə, 21 mart tarixinə isə cəmi 2 dəfə düşəcək.