logo

AFFA prezidentliyinə namizəd yoxdur

12:12 19-03-2024 | icon 1939
AFFA prezidentliyinə namizəd yoxdur

AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur.

YeniAvropa xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

O bildirib ki, hələlik AFFA prezidentliyinə rəsmən namizədliyini irəli sürən olmayıb.

Qeyd edək ki, aprelin 2-də AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək. Qurumun hazırkı rəhbəri Rövnəq Abdullayev namizədliyini irəli sürməyəcəyini açıqlayıb.