logo

Azərbaycandan Rusiyaya 25,3 milyon yumurta ixrac edilib

10:50 19-03-2024 | icon 3094
Azərbaycandan Rusiyaya 25,3 milyon yumurta ixrac edilib

Rusiyaya ərzaq yumurtası tədarükü başlayandan indiyədək Azərbaycandan 25,3 milyon ədəd yumurta idxal edilib.

YeniAvropa Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilib ki, martın 18-nə qədər Türkiyədən Rusiyaya 12,3 milyon ədəd yumurta tədarük olunub.

Rusiyanın Federal Statistika İnstitutunun (“Rosstat”) martın 13-də açıqladığı məlumata görə, bu ilin əvvəlindən ölkədə toyuq yumurtası 3,47 % ucuzlaşıb.

Qeyd edək ki, Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası 2023-cü ilin dekabrın 19-da “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə göndərilib.