logo

Zabratda marketdə yanğın olub

10:10 19-03-2024 | icon 588
Zabratda marketdə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində marketdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın nəticəsində ilkin hesablamaya əsasən, marketin 1400 kvadratmetr sahədə anbarı yanıb.

Yanğın zamanı anbarın içərisindəki ərzaq malları yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Bitişik ümumi sahəsi 1100 kvadratmetr olan ikimərtəbəli anbar yanğından mühafizə olunub.