logo

NATO baş katibinin Azərbaycana səfəri başa çatıb

13:13 18-03-2024 | icon 1715
NATO baş katibinin Azərbaycana səfəri başa çatıb

NATO-nun baş katibi Yens Stoltenberqin Azərbaycana rəsmi səfəri martın 18-də başa çatıb.

YeniAvropa xəbər verir ki, Azərbaycan Respublikasının və hərbi ittifaqın bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.