logo

Rusiyada seçici aktivliyi 77,44 % təşkil edib

12:58 18-03-2024 | icon 1477
Rusiyada seçici aktivliyi 77,44 % təşkil edib

Rusiyada prezident seçkilərində seçicilərin 77,44 faizi (87,1 milyon nəfər) səsvermədə iştirak edib.

YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat verib. Onun sözlərinə görə, bu, Rusiyanın ən yeni tarixində rekord göstəricidir. Əvvəlki rekord 1991-ci ildə qeydə alınıb. O zaman seçicilərin 74,66 faizi səsvermədə iştirak edib.

E.Pamfilova, həmçinin xatırladıb ki, seçkilərin rəsmi nəticələri martın 21-də elan olunacaq.