logo

Bu gün Göygöl rayonunda qaz olmayacaq

11:55 18-03-2024 | icon 623
Bu gün Göygöl rayonunda qaz olmayacaq

Göygöl rayonu ərazisində yeni tikilmiş “Göygöl Şərab-1” qaz ölçü qovşağında ölçü-hesablayıcı avadanlıqların, ROC cihazının, sərfiyyata uyğun daraldıcı qurğunun quraşdırılması, impuls xətlərinin çəkilməsi, metroloji ölçmələrin aparılması, mərkəzi radiomodem şəbəkəsinə qoşulması işlərinin görülməsi zəruriyyəti ilə bağlı bu gün saat 10:00-dan “Əliuşağı” QPS-dən qidalanan “Göygöl əhali” ölçü qovşağından qaz təchizatının dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən YeniAvropa-ya bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Göygöl şəhəri və rayonun 23 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.