logo

“Beşiktaş” klubu Qurban Qurbanovla maraqlanır

10:50 18-03-2024 | icon 1953
“Beşiktaş” klubu Qurban Qurbanovla maraqlanır

Türkiyənin “Beşiktaş” klubu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır.

YeniAvropa xəbər verir ki, bu barədə “Fotospor” nəşri məlumat yayıb. Xəbərdə qeyd edilib ki,İstanbul klubunun idman direktoru Samet Aybaba  “Beşiktaş”ı düşdüyü durumdan Qurban Qurbanovun çıxara biləcəyinə inanır.

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı səfər oyununu tribunadan izləyən Aybaba hesab edir ki, hazırkı baş məşqçi Fernandu Santuşdan sonra bu posta ən layiqli çalışdırıcı məhz Q.Qurbanovdur. Türkiyəli mütəxəssis eyni zamanda “Qarabağ”ın iki futbolçusu Juninyo və Abdullah Zubirin də çıxışını bəyənib. O, Ağdam təmsilçisinin üç üzvü ilə bağlı rəhbərliyə raport təqdim etməyə hazırlaşır.

Qeyd edək ki, “Beşiktaş” Türkiyə Superliqasında 30 turdan sonra 46 xalla dördüncü pillədə qərarlaşıb.