logo

Putin 85,13 % səs toplayıb

10:30 18-03-2024 | icon 1379
Putin 85,13 % səs toplayıb

Rusiyada prezident seçkilərində səslərin 100 faizi hesablanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Beləliklə də ölkənin fəaliyyətdə olan prezidenti Vladimir Putin 85,13 faiz səslə irəlidədir.

Digər namizədlər - Nikolay Xaritonov 4,31 faiz, Vladislav Davankov 3,80 faiz, Leonid Slutski 3,20 faiz səs toplayıblar.

Martın 17-i saat 18:00-a olan məlumata görə, ölkədə seçki fəallığı 74,22 faiz olub.