logo

Füzuliyə daha 34 ailə köçürülüb

09:09 18-03-2024 | icon 679
Füzuliyə daha 34 ailə köçürülüb

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

YeniAvropa xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 34 ailə - 123 nəfər köçürülüb.

 

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib.