logo

Putin 87% səs toplayıb - “Exit poll”

22:44 17-03-2024 | icon 2506
Putin 87% səs toplayıb - “Exit poll”

Rusiyada prezident seçkilərində “exit poll”un nəticələri açıqlanıb.

YeniAvropa xəbər verir ki, Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi və İctimai Rəy Fondunun apardığı sorğunun nəticələrinə görə, hazırkı Prezident Vladimir Putin səslərin 87 faizini toplayıb.

Moskvada onlayn səsvermənin nəticələrinə əsasən, seçicilərin 89,1 faizi Vladimir Putinə səs verib.

Bülletenlərin 24,4 faizinin açılmasından sonra Putinin səslərin 87,97 faizini, Xaritonovun 3,8, Davankovun 3,73, Slutskinin isə 2,96 faizini topladığı məlum olub.