logo

Qadın güləşçimiz Türkiyədə qızıl medal qazanıb

21:12 17-03-2024 | icon 1953
Qadın güləşçimiz Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın üç güləşçisi Türkiyənin Antalya şəhərində keçirilən U-20 yaş qrupu üzrə "Çempionlar" turnirində fəxri kürsüyə qalxıb.

YeniAvropa xəbər verir ki, ikinci yarış günündə qadın güləşində Əsmər Cankurtaran (53 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Sərbəst güləşdə isə Ruslan Abdullayev (61 kiloqram) və Anar Cəfərli (92 kiloqram) bürünc mükafata sahib çıxıblar.