logo

Gimnastlarımız Niderlandda 6 medal qazanıblar

19:49 17-03-2024 | icon 3059
Gimnastlarımız Niderlandda 6 medal qazanıblar

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open – 2024” turnirində uğurla çıxış ediblər.

YeniAvropa xəbər verir ki,  sinxron proqramda qüvvəsini sınayan Əli Niftəliyev və Ammar Baxşaliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yığmanın digər üzvləri - Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş, Fərhad Mustafayev və İbrahim Mustafazadə isə bürünc medal qazanıblar.