logo

"Bayer"in qələbəsində  ustalıq və fiziki güc mühüm rol oynadı-Qurbanov

16:56 15-03-2024 | icon 1876
"Bayer"in qələbəsində  ustalıq və fiziki güc mühüm rol oynadı-Qurbanov

Çatışmayan cəhətlərimiz var idi. Amma mübarizədən çəkinmədik.

YeniAvropa xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer"ə 2:3 hesabı ilə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Çalışdırıcı məğlubiyyətin səbəblərinə aydınlıq gətirib: "Bundesliqada bu komandanın bir çox oyunlarına nəzər yetirsək görərik ki, son anda vurduqları qolla qələbə qazanıblar. Bu, futbolçuların dözümlülüyündən və düzgün formalaşmasından irəli gəlir. Onlar bu hərarətə öyrəşiblər. Rəqibin qələbə qazanmasında ustalıq və fiziki güc mühüm rol oynadı".

Qeyd edək ki, evdəki ilk matçda "Bayer" ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" iki görüşün nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.