logo

UEFA Çempionlar Liqası: 1/4 finalçılar müəyyənləşdi

16:16 15-03-2024 | icon 1806
UEFA Çempionlar Liqası: 1/4 finalçılar müəyyənləşdi

Martın 15-də futbol üzrə UEFA Çempionlar Liqasının 2023-2024-cü il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb.

YeniAvropa xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmanın nəticələri aşağıdakı kimidir:

1/4 final:

“Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya)

“Atletiko” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)

“Real Madrid” (İspaniya) - “Mançester Siti” (İngiltərə)

PSJ (Fransa) - “Barselona” (İspaniya)

Yarımfinal:

“Atletiko” - “Borussiya” cütünün qalibi / PSJ - “Barselona” cütünün qalibi

“Arsenal” - “Bavariya” cütünün qalibi / “Real” - “Mançester Siti” cütünün qalibi

Qeyd edək ki, bu mərhələnin ilk oyunları aprelin 9-10-da, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək. Yarımfinalın ilk görüşləri aprelin 30-mayın 1-də, cavab matçları mayın 7-8-də oynanılacaq. Final qarşılaşması isə iyunun 1-də Londonun “Uembli” stadionunda baş tutacaq.