logo

Bakıda tozlu hava müşahidə olunur

15:55 15-03-2024 | icon 714
Bakıda tozlu hava müşahidə olunur

Bakıda tozlu hava müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, avtomat meteoroloji stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı 1.5-1.7 dəfə normadan artıqdır.

"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, - deyə baş mühəndis bildirib.