logo

Bakıda “AGF Trophy” beynəlxalq turniri start götürüb

14:34 15-03-2024 | icon 1736
Bakıda “AGF Trophy” beynəlxalq turniri start götürüb

Bakıda idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turniri start götürüb.

YeniAvropa xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Özbəkistan və Gürcüstan komandalarının 88 idmançısı qüvvəsini sınayır.

Böyüklər və gənclər arasında yarış Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiq olunub. Turnirdə yeniyetmələr də medallar uğrunda mübarizə aparırlar.

Azərbaycanı yarışda böyüklər, gənclər və yeniyetmələr arasında 22 gimnast təmsil edir. Yığmanın heyətində böyüklər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (çoxnövçülük), Rəsul Əhmədzadə (çoxnövçülük), Mənsum Səfərov (sərbəst hərəkətlər, dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar) gənclər arasında Nihat Muradlı (çoxnövçülük) və Aydın Əlizadə (çoxnövçülük) bacarıqlarını göstərəcəklər.

Turnirin ilk iki günü təsnifat mərhələləri, sonuncu gün isə final mərhələsi keçiriləcək.

Qeyd edək ki, “AGF Trophy” beynəlxalq yarışına martın 17-də yekun vurulacaq.