logo

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

13:13 15-03-2024 | icon 1435
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Azərbaycan gimnastı Selcan Mahsudova Niderlandın Alkmaar şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

YeniAvropa xəbər verir ki, o, batut gimnastikası üzrə yarışın qızıl medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi Niderlanda 4 gimnastla yollanıb.4 gün davam edən yarışda Selcan Mahsudova ilə yanaşı, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyev də Dünya Kubokunda mübarizə aparıblar.