logo

Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün tarixi şans yaranıb

12:32 15-03-2024 | icon 896
Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün tarixi şans yaranıb

Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün tarixi şans yaranıb.

YeniAvropa xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlər, sülh quruculuğu sahəsində ölkəmiz tərəfindən atılan addımlarla bağlı fikirlərini həmkarları ilə bölüşdüyünü vurğulayan Ceyhun Bayramov  vurğulayıb ki, sülhün təmin olunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməlidir : Həmçinin beynəlxalq ictimaiyyət Ermənistan tərəfini dürüst, açıq şəkildə Azərbaycanla danışıqlara sövq etmək üçün addımlar atmalıdır”.

Regional əməkdaşlığa toxunan nazir daha sonra qeyd edib ki, Türkiyə və Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır : " Bu gün görüşdə iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, turizm sahəsi və digər məsələlər ətrafında müzakirələr apardıq. Ənənəvi enerji sahələri üzərində uğurlu əməkdaşlıq edəcəyik və bir sıra layihələrə imza atacağıq".

C.Bayramov daha sonra deyib: “Rəqəmsal İpək yolu layihəsinin çox böyük perspektivlərinin olduğunu görürük. Bu ilin önəmini nəzərə alaraq Bakıda keçiriləcək COP29-un ölkələrimiz arasında əməkdaşlığa imkan yaradan amil olduğunu da vurğuladıq. Görüşdə elm və təhsil sahəsində əməkdaşlığa da diqqət yetirilməsinin əhəmiyyəti qeyd olundu”.