logo

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir

12:12 15-03-2024 | icon 2058
Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir

Bakıda Azərbaycan Respublikası, Türkiyə Respublikası və Gürcüstan Respublikası xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilir.

YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə xarici işlər naziri Hakan Fidan və Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili iştirak edir.

Üçtərəfli görüş çərçivəsində Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.