logo

Azad edilmiş ərazilərin bərpasına 12 milyard manatdan çox vəsait xərclənib

11:11 15-03-2024 | icon 2044
Azad edilmiş ərazilərin bərpasına 12 milyard manatdan çox vəsait xərclənib

İşğaldan azad edilmiş ərazilərin bərpasına və dirçəldilməsinə 2023-cü ildə 5,6 milyard manat vəsait sərf edilib. Postmüharibə dövründə isə bu rəqəm 12 milyard manatdan çox olub.

YeniAvropa xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin martın 15-də keçirilən iclasında deyib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin Milli Məclisdə hesabat verməsi qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində önəmli rol oynayır.